BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağstafada toyda cinayət: Dayısı ilə dava etdi, “Mosu”nu bıçaqladı

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafada həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Ələkbər Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.


İttiham aktına əsasən, hadisə ötən ilin dekabr ayının 25-də Ağstafa rayonunun Muğanlı kəndində qeydə alınıb.


Belə ki, həmin gün rayonun Aşağı Kəsəmən kənd sakini, 1993-cü il təvəllüdlü Ələkbər Abdullayev Muğanlı kəndində yaşayan dayısının oğlunun sünnət toy məclisində iştirak edib. Toyda yeyib-içdikdən sonra o, şəxsiyyətləri istintaqa məlum olmayan kənd sakinləri ilə mübahisə edib. Bu zaman zərərçəkmiş Həmid Qəribov Ələkbərə yaxınlaşaraq mübahisəni sakitləşdirmək və dava-dalaşın baş verməsinin qarşısını almağa çalışıb. Sonra zərərçəkmiş onu itələyib hadisə yerindən uzaqlaşdırmaq istəyib. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğundan müvazinətini itirərək yerə yıxılıb. Dərhal yerdən qalxan Ələkbər masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə Həmidin kürək nahiyəsindən bir dəfə zərbə vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.


Polis əməkdaşları tərəfindən saxlanılan Ələkbər Abdullayev barəsində Cinayət Məcəlləsinin 126.2.2-ci (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə ittiham irəli sürülüb.


Ələkbər məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Həmid Qəribovu daha əvvəldən “Mosu” ləqəbi ilə tanıyır. Təqsirləndirilən şəxs deyib ki, toy məclisində cinayət hadisəsindən əvvəl xalası və dayısı ilə mübahisə edib : “Sonra dayım məni şillə ilə vurdu, yerə yıxıldım, qalxanda isə Həmidi bıçaqladım”.


Zərərçəkmiş Həmid məhkəmədə Ələkbərdən şikayətçi olmadığını söyləyib.


Kamal Məmmədov 

Tarix: 12 Avqust 2022, 19:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin