BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident ciddi mesajlar verdi, ermənilər düzgün dərs çıxarmalıdırlar”

“Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibədə günümüzün ən aktual məsələlərinə toxunaraq ölkəmizdə görülən və görüləcək işlərdən danışdı”.

 

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

 

Hikmət Babaoğlu deyib ki, hər kəsə aydındır ki, dünyada mövcud olan kəskin hərbi-siyasi qarşıdurma və tüğyan edən pandemiya bəşəriyyəti aclıq təhlükəsi ilə üzü-üzə qoyub: “Belə olan vəziyyətdə hər bir milli dövlətin ən əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyi probleminin həllidir. Əgər hər hansı bir ölkə bu mühüm məsələnin öhdəsindən gələ bilmirsə, zamanla iqtisadi, sonra isə siyasi müstəqilliyini itirməyə məhkum olur. Çünki milli iqtisadi və maliyyə resurslarının böyük əksəriyyətini istehlak tələbatını ödəməyə xərcləyir. Nəticədə milli gücün iqtisadi komponentləri tükənir və dövlət zəifləyir. Bu isə yaşadığımız indiki mürəkkəb tarixi mərhələdə əsla yolverilməzdir. Üstəlik, nəzərə almaq lazımdır ki, ərzaq və qida məhsulları bazarı həm də hibrid müharibələrin bir komponentidir. Bəzən səssiz müharibə komponenti o qədər təsirli olur ki, uzunmüddətli perspektivdə milli genetik fondu belə təhlükə altına alır. Ona görə də Azərbaycan Prezidenti həmişə ölkəmizin özü-özünü təmin edən imkanlara sahib olmasına diqqət yetirib. Torpaqlarımızın işğaldan azad edilməsi ilə də bu vəzifənin yerinə yetirilməsi üçün olduqca əlverişli şərtlər yaranıb”.

 

Deputat qeyd edib ki, başqa bir mühüm məqam Zəfər savaşımızdan sonra suveren ərazilərimizdə Azərbaycan qanunlarının tam tətbiqinin nə zaman və hansı yollarla mümkün olacağı ilə bağlıdır: “Azərbaycan Prezidentinin fikirlərindən aydın olan məntiq odur ki, indiki vəziyyət tamamilə milli maraqlarımıza cavab verir və faktiki vəziyyətdə Azərbaycan öz imperativ mövqeyi ilə regionumuzun gələcəyi ilə bağlı şərtləri diqtə edir. Bu, əlbəttə, qürurvericidir. Doğurdan da Qarabağ ətrafında baş verən son hadisələr və onun nəticələri bir daha göstərdi ki, Azərbaycanın iradəsinə qarşı durmaq çox baha başa gəlir. Azərbaycanda yaşayan, ya da yaşamaq istəyən hər kəs Azərbaycan qanunlarına qeydsiz-şərtsiz əməl etməlidir. Qarabağda yaşayan ermənilərin davranışları və onların gələcək mümkün perspektivlərinə də toxunan Prezident İlham Əliyev ilk dəfə idi ki, bəzi məsələləri aşıq şəkildə ictimailəşdirdi. Bəlli oldu ki, ermənilər müxtəlif vasitələrlə Azərbaycandan müxtəlif tipli xahişlər edirlər. Bu isə özlüyündə Azərbaycan qanunlarına tabe olmağın və cəmiyyətimizə inteqrasiya olunmağın ilkin addımları kimi qiymətləndirilə bilər. Ona görə də Prezident İlham Əliyev bir daha çox konkret şəkildə Azərbaycanın mövqeyini bəyan edərək bir sıra ünvanlara olduqca ciddi mesajlar verdi. Dövlət başçısı bildirdi ki , “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi dayandıra bilməz. Aydın olur ki, ermənilərin törətdikləri avqust təxribatlarından sonra Azərbaycanın cəza tədbiri kimi həyata keçirdiyi “Qisas” əməliyyatı onlara çox baha başa gəlib və Azərbaycanı durdurmaq üçün çoxsaylı ünvanlara çoxsaylı yalvarışlar ediblər. Ancaq bunun heç bir xeyri olmayıb. Bu hadisədən ermənilər yaxşı və düzgün dərs çıxarmağı bacarmalıdırlar. Ona görə də hazırkı vəziyyəti təsvir edərkən Prezident bildirdi ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Şübhəsiz ki, bu reallıq son nəticədə hər qarış ərazimizdə Azərbaycan dövlətinin suveren hüquqlarının təmin olunması reallığına gətirib çıxaracaq”.

 

APA

Tarix: 13 Avqust 2022, 12:57   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin