BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Naxçıvanın Muxtar Respublika statusu ləğv edilməlidir”

“Prezident Xankəndi və ətrafda yaşayan erməni əsilli azərbaycanlıların özəl hüquqlarının, idarəetmə formasının olmayacağını, onların bütün ölkə vətəndaşları kimi eyni hüquqlardan istifadə edəcəyini dedi. Doğru dedi də, amma bizim bütün hüquqlarımız təmin edilirmi ki, buna əsaslanıb danışaq?! Xankəndi özünə Mer seçirdi, 2004-dən bu günə qədər şəhərdə 4 Mer seçki ilə dəyişib, son 2 ildə dəfələrlə qeyd etmişik ki, erməni əsilli azərbaycanlılara heç bir status verilməsin, amma ölkə üzrə yerli özünüidarə institutları gücləndirilsin, Mer institutu təsis edilsin, Bakı, Gəncə, Lənkəran, Şəki və s. şəhərlər özünə Mer seçdiyi kimi, Xankəndi də özünə Mer seçə bilsin, bu da ölkədə idarəetmənin effektivliyini artıran amilə çevrilməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

N.Cəfərli qeyd edib ki, Azərbaycan doğru olaraq tam unitar, amma güclü yerli institutlara söykənən idarəetmə sisteminə keçirsə, o zaman Naxçıvanın Muxtar Respublika statusu ləğv edilməlidir: “Bütün bunlar üçün isə yeni Konstitutsiya olmazsa-olmazdır. 44 günlük hərbi qələbə, yeni geosiyasi risklər, yeni fürsətlər, yeni inkişaf strategiyası mütləq yeni Ana Yasada əksini tapmalıdır. Əliyevin doğru fərmanla yaratdığı 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilməli, icra hakimiyyəti institutu ləğv edilməli, unitar və müasir Azərbaycanın kodları, “proqramı” yeni Konstitutsiyada öz əksini tapmalıdır. Rifahın, iqtisadi, siyasi institutsional inkişafın təməli qanundur, hüquqdur, bunu birdəfəlik anlamalıyıq”.

Tarix: 13 Avqust 2022, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin