Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycana idxal olunan avtomobillər 10 faizədək bahalaşa bilər - DİQQƏT

Bu ilin birinci yarısının sonuna Azərbaycana idxal olunan Yaponiya istehsallı avtomobillər təxminən 5-10% bahalaşa bilər.

Pravda.az-ın xəbərinə görə, bunu "Toyota Bakı Mərkəzi"nin PR meneceri Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, ötən ilin sonundan başlayaraq Yaponiyada bir çox avtomobil istehsalçısının zavodlarında rekonstruksiya işləri aparılır: "Seysmik zonalarda yerləşdikləri səbəbindən zavodlar bir yerdən digər yerlərə köçürülür. Bu, həm avtomobil yığımı, həm də avtomobil hissələrini istehsal edən zavodlara aiddir. Eyni zamanda zavodlarda çeşidləmə prosesi gedir. Bu səbəbdən avtomobil bazarında, əsasən də Yaponiya istehsallı olan avtomobillərin qıtlığı yarana bilər".APA

Tarix: 16 Mart 2020, 12:35   
Xəbər lenti
Çox oxunanlar