BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırıldı

Ekipaj üzvləri və mühəndis-texniki heyəti tərəfindən təyyarəyə baxış keçirildikdən sonra səbəb müəyyən edilib - sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı. Hava gəmisinin tam saz vəziyyətində və uçuşa hazır olması qərarı qəbul edilib.


Bu barədə Pravda.az-a  “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.


Reysin sərnişinləri Bakıdan Moskvaya eyni təyyarə ilə yola düşəcəklər.


AZAL-ın uçuş heyətinin hərəkətləri aviaşirkətin ən mühüm vəzifəsi olan sərnişinlərin tam təhlükəsizliyinin təmin edilməsi ilə əsaslanır.

Tarix: 14 Avqust 2022, 10:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin