BURADA REKLAMINIZ OLA
BİLƏR

Pensiya alanlara ŞAD XƏBƏR

“Son islahatlarınızın maliyyə dəyəri 560 milyon manata bərabərdir. Yəni, cari il ərzində indeksləşdirmə hesabına pensiyaçılarımıza əlavə olaraq 560 milyon manat vəsait ödəniləcək”. 

Pravda.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman bildirib.

O deyib ki, ötən ilki islahatları da nəzərə alsaq, cəmi bir il ərzində qəbul edilmiş qərarlar nəticəsində pensiyaçılara bir  milyard manatdan artıq vəsait ödənilir: "Bu vəsait də tam şəkildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanır və dövlət büdcəsi üçün əlavə yük yaratmır”.

Tarix: 16 Mart 2020, 16:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin