BURADA REKLAMINIZ OLA
BİLƏR

Şabrandakı meşə yanğını evlərə keçdi

Şabran rayonunda meşədə başlayan yanğın fərdi yaşayış evlərinə keçib.

 

Rayonun Dağ Bilici kəndində otlaq sahədən başlayan yanğın meşə ərazisinə keçib. Daha sonra yanğının miqyası genişlənərək sözügedən kəndin fərdi yaşayış evləri yanmağa başlayıb. İlkin məlumata görə, kənd ərazisində üç fərdi yaşayış evi yanır.

 

Sakinlər "Report"un yerli bürosuna bildiriblər ki, meşə massivində yanğının genişlənməsi ətraf kəndlərin sakinləri üçün təhlükə yaradıb.

 

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır

Tarix: 15 Avqust 2022, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin