BURADA REKLAMINIZ OLA
BİLƏR

Dollar bahalaşdı – Gürcüstanda

Gürcüstanda ABŞ dollarının milli valyuta olan lariyə münasibətdə bahalaşması davam edir.

 

Pravda.az-ın xəbərinə görə, Gürcüstan Milli Bankının martın 17-nə müəyyən etdiyi rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 3,0118 lari təşkil edəcək.

 

Əvvəlki məzənnə ilə müqayisədə dollar 0,0176 lari bahalaşıb.

 

Avronun qiymətində də artım qeydə alınıb.

 

Belə ki, sabah bu xarici valyutanın dəyəri 0,0263 lari artaraq 3,3684 lariyə bərabər olacaq.Report

Tarix: 16 Mart 2020, 17:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin