BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat: “Kəmaləddin Heydərov o postda həddən artıq çox oturdu”

““Bu hadisəyə nazir məsuliyyət daşıyırmı?" sualına birmənalı cavab vermək çətindir. Amma heç kəsə sirr deyil ki, nəinki böyük, elə kiçik bir kollektivdə belə kimin-kimlə “oturub-durmasını” gec-tez hamı bilir. Ona görə də bu cür məsələlərdən “nazirin xəbəri olmayıb” demək absurddur”.

 

Bu sözləri Pravda.az-a sabiq deputat Etibar Hüseynov Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının görüntüləri barədə danışarkən deyib.

 

“O ki, qaldı nazir Heydərovun istefa məsələsinə, Kəmaləddin müəllim o postda həddən artıq çox oturdu. Təxminən, 10 gün əvvəl bir neçə status yazıb onu istefaya çağırmışdım. Çünki FHN həqiqətən də ölü, passiv bir quruma çevrilib. Son illər bir dəfə də olsun uğurlu əməliyyat həyata keçirməyib. Həmişə qınaq, gülüş obyektinə çevrilib. Ona görə də niyə “bizimkilər”in demək olar ki, hamısı, vaxtında, abırlı halda, ərizəsini yazıb getmir? Bax, bu, mənə çatmır”, - E.Hüseynov bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 16 Avqust 2022, 12:23   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin