BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronun həbsdə olan sabiq baş memarı ilə bağlı daha bir hökm çıxarıldı - ÖZƏL

Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyevlə bağlı daha bir hökm çıxarılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfovanın sədrliyi ilə keçiirlən prosesdə elan olunub.

 

Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün həmin maddə üzrə başlanılmış cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

Hökmdə qeyd edilib ki, Akif Əliyev Cinayət Məcəlləsinin 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirli bilinsin və ona 4000 min manat məbləğinə cərimə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmündə göstərildiyi kimi tutulduğu tarixdən hesablansın. Akif Əliyev barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarları ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın.

 

Qeyd: Akif Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıblar. Həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon icra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3 000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.

 

Həmçinin istintaqla Murad Əhmədovun özünün Akif Əliyevlə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək vətəndaşın Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin nəzdində 96 kv/m qeyri yaşayış sahəsinin texniki şərtlərinə dəyişiklik edilməsi və eskiz layihəsinin hazırlanması imkanına malik olmasını, bunun müqabilində 2 500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək vətəndaşı aldatmasına, qeyd edilən məsələnin müsbət həlli üçün onun 1 000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, o cümlədən vətəndaşın xeyrinə edəcəyi hərəkətə görə sonuncunu 2 500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

 

Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əhmədov vətəndaşı aldadaraq 1 000 manat məbləğində pulu 20.06.2020-ci il tarixdə ondan alarkən cinayət başında yaxalanıb.

 

Qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunub.

 

Murad Əhmədov Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Akif Əliyev 10 il 6 ay və Murad Əhmədov isə 6 il azadlıqdan məhrum edilib. Digər şəxslərə isə şərti cəza verilib. Hökmdən narazı qalan Akif Əliyevlə Murad Əhmədov apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edibər.

 

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, Akif Əliyevin 10 il 6 müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə, Murad Əhmədovun cəzası isə 3 ilə endirilib.

 

Daha sonra Akif Əliyevin barəsində Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

Tarix: 16 Avqust 2022, 13:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin