BURADA REKLAMINIZ OLA
BİLƏR

"Münasibətlər üçün hansı məkanları təklif etdiniz ki, məmurlar da kabinetlərini əyləncəxanalara çevirməsinlər?!”

“Bu məmləkətdə hamı bilir ki, dövlət və bələdiyyə, təhsil və tibb müəssisələrində adamlar nələr etmirlər: masajxana, sauna, hamam, hostel adı altında qeyri-leqal əyləncəxanalardakı dəhşətli faktlar (xəstəliklər, insan alveri, uşaqbazlıq, pedofilizm, fahişəlik və s.) heç kimin vecinə də deyil. Məktəblərdəki intim videolar, müğənnilər və siyasətçilərin, jurnalistlərin biabırçı "klipləri", siyası və ictimai sektordakı biabırçılıqlar, bir sözlə nələr, nələr... Amma 2014-cü ildəki videoların məqsədli yayımı bir daha sübut edir ki, bizim ictimai-sosial düşüncəmizdə böhranlar dərinləşir...”

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı-kulturoloq Aydınxan Əbilov deyib.

 

Kulturoloqun sözlərinə görə, heç kim artıq belə şeylərdən sığortalanmır: “Məsələyə fərqli bir münasibnəti də mən sərgiləyim. Ya bilərəkdən sosial şəbəkələri gözdən salıb, buradakı azadlıq mühitini boğmağa hesablanmış bir aksiyadır: fikir verin son zamanlar baş prokurordan tutmuş (düzü, məntiqi cəhətdən əsaslandırılmış mövqe sərgiləyib), deputatlara qədər hamı qadağan edilsin, tutulsun, sərtləşdirilsin, bağlansın, idarə edilsin kimi təpkilər  ortaya qoyur. Qoruram ki, bu video-spamlar məhz Azərbaycanı dünyada biabır etmək istəyən bəzi dardüşəncilərin əlinə fürsət verəcək... Ölkədə yerli vətəndaşlara otellərdə gecələmək üçün nikah arayışı istəyirlər, yaxşı, işdənkənar münasibətlər üçün hansı məkanları təklif etdiz ki, məmurlar da kabinetlərini əyləncəxanalara çevirməsinlər?! Onsuz da ailəkənarı müxtəlifformatlı münasibətlərdə əksəriyyət yararlanır, qarşısını almaq mümkündürmü? Seks-silahdan yararlanmaqla kimlərsə rəqiblərini vuran zaman, heç anlayırlarmı sabah onlara qarşı da eyni metoddan istifadə edəcəklər? Klintonda siyasi sevişmə idi, bizdə isə işdənçıxarma və var-dövlətini talamaq aksiyası... Türkiyədə kefxanalar rəsmiləşdirilib...”

 

Kənan

Tarix: 16 Avqust 2022, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin