BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: ““Ağıllı kənd”, “Ağıllı qəsəbə”, “Ağıllı şəhər” pilot layihələri ermənipərəst dairələri ciddi şəkildə narahat edir”

“Son bir neçə gündə “sapı özümüzdən olan baltalar” yenə də anti-Azərbaycan, ermənipərəst qüvvələrə nökərlik edirlər. Ölkəmizə, ölkəmizin artan nüfuzuna, mövcud olan həmrəyliyə zərbə vurmaq üçün canfəşanlıq edirlər. Milli xəyanətkarlıq üzrə “professor” Qubad İbadoğlu, Sevinc Osmanqızı, Tural Sadıqlı və digər anti-Azərbaycan dairələr indi də 30 illik işğaldan sonra soydaşlarımızın ata-baba yurdlarına qayıdışını Azərbaycan hökuməti tərəfindən guya ləngitmə ilə həyata keçirildiyini deyirlər. Onlar əsassız səbəblər gətirirlər və bildirirlər ki, Avropada təbii qaza ehtiyac çoxaldığı üçün məcburi köçkünlərimizi, qaçqınlarımızı işğaldan azad olunmuş ərazilərimizə geri qaytarmırlar. Guya bununla Avropaya daha çox qaz veriləcək və belə olan halda daxili tələbat az olacaq. Əslində isə absurd fikirdir. Onlar indi yaşadığı ərazilərdə də təbii qazdan istifadə edirlər və ata-baba yurdlarına qayıtdıqdan sonra da həmin qazdan istifadə edəcəklər. Azərbaycan torpaqlarını işğaldan azad edəndə 2020-ci il idi. Dünyada, xüsusilə də Avropada təbii qaza ehtiyac isə 2022-ci ildə yaranıb. Yəni bu çox ağılsız fərziyyədir. Bunu səsləndirən qüvvələr ermənipərəst dairələrdən aldıqları tezislər üzərində belə absurd fikirlər irəli sürürlər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, Azərbaycan üçün işğaldan azad olunmuş torpaqlara köçürülmənin əsasında təhlükəsizlik məsələləri durur: “Dövlətimiz ilk növbədə vətəndaşlarının təhlükəsizliyini qorumağa çalışır. Vətən müharibəsi bitdikdən sonra 250-dən çox mina hadisəsi olub. İndiyə qədər eşitməmişəm ki, “sapı özümüzdən olan baltalar”, xəyanətkarlar şurasının üzvlərindən kimsə Ermənistan tərəfindən Azərbaycan qarşı mina terrorunun həyata keçirilməsi ilə bağlı dünya ictimaiyyətinə müraciət etsin. Son günlərdə Azərbaycanın növbəti uğuru olan Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın nəzarəti altına keçməsi ilə bağlı da çox primitiv arqumentlər gətirirlər və bildirirlər ki, guya bununla bəzi kəndlərin nəzarəti Ermənistanın əlinə keçir. Təbii ki, bunların hamısı ermənipərəst dairələrdən aldıqları tezislərin üzərində səsləndirdikləri fikirlərdir. Belə  ağılsız düşüncələr üzərində ortaya atılan bu tezislər isə növbəti dəfə iflasa uğrayır.  Hazırda Azərbaycan dövləti Prezident Cənab İlham Əliyevin rəhərliyi ilə azad edilən ərazilərdə böyük yenidənqurma və bərpa işləri aparır. Yollar, tunellər, dəmiryol xətləri, elektrik xətləri çəkilir. Bu ağılsızlar bilməlidir ki, orada evlər tikildikdən sonra həmin ərazilərə təbii qaz çəkilməsi mümkündür. İlk olaraq Baş Plan təsdiqlənir və addımlar atılır. Ümumiyyətlə, “Ağıllı kənd”, “Ağıllı qəsəbə”, “Ağıllı şəhər” pilot layihələri ermənipərəst, anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Çünki bu, həm Azərbaycanın gücünün, həm də müasirliyinin göstəricisidir. Milli xəyanətkarlıq üzrə “professor” Qubad İbadoğlu, özünə Ermənistanın baş nazirini rəhbər seçərək ona qibtə edən Sevinc Osmanqızı və onların kanallarında çıxış edən digər anti-Azərbaycan qüvvələrin bütün istəkləri iflasa uğryaır. Onlar heç bir əsası olmayan arqumentlərlə çıxış edirlər. Azərbaycan xalqı kimin kim olduğunu yaxşı görür. Xalqımız bu gün ölkə Prezidentinin ətrafında həmrəylik nümayiş etdirir. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan böyük yenidənqurma və bərpa işləri bütün dünya üçün nümunədir, çünki Azərbaycan bu işləri təkbaşına və öz gücünə həyata keçirir. Bu gün ölkəmiz Ermənistanın mina terroruna qarşı da təkbaşına mübarizə aparır. Bu isə ermənipərəst, anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir və onlar nökərləri vasitəsilə əsassız arqumentlər ortaya atırlar. 3 avqust tarixində erməni təxribatının qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Qisas” əməliyyatı nəticəsində erməni silahlı qüvvələrinin bir neçə canlı qüvvəsinin, eləcə də texnikasının məhv edilməsi həmin qüvvələri çox ciddi təşvişə saldı və bu gün də narahat etməkdə davam edir. “Qisas” əməliyyatı “dəmir yumruğ”u bir daha erməni revaşist qüvvələrə, erməni terrorçulara xatırlatdı. Bu “dəmir yumruğ”un ağırılığını anti-Azərbaycan dairələrin nökərinə çevrilmiş qüvvələr də hiss etdikləri üçün bu günə qədər özlərinə gələ bilməyiblər”.

 

Leyla Yusubova

Tarix: 16 Avqust 2022, 17:13   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin