BURADA REKLAMINIZ OLA
BİLƏR

“Paşinyana qarşı sui-qəsdin həyata keçirilməsi mümkündür”

“İrəvanın müxtəlif yerlərinin minalanması xəbərlərinin arxasında baş nazir Nikol Paşinyanı devirmək istəyən qüvvələr dayana bilər. Onlar Yerevanda panika yaratmaqla Paşinyanın mövqelərini zəiflətməyi planlaşdırırlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlunun sözlərinə görə, “Qarabağ klanının” timsalında radikal müxalifət Paşinyanı parlamentdə istefaya məcbur edə bilməyib: “Radikal müxalifət aylarla küçə yürüşləri və mitinqlər keçirdi, yenə nəticə əldə etmədi. Ermənistan vətəndaşları radikal müxalifətə dəstək vermədi. Görünür, radikal müxalifətin daha radikal qanadı ən son üsüla əl atıb: terror. Metronun və hava limanının minalanması xəbərdarlıqlarından sonra Nikol Paşinyana qarşı sui-qəsdin həyata keçirilməsi də mümkündür. Metroda mina həyəcanı Paşinyana xəbərdarlıqdır. Nikol Paşinyan təhlükəsizliyinin artırılması barədə düşünməlidir”.

Tarix: 16 Avqust 2022, 21:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin