BURADA REKLAMINIZ OLA
BİLƏR

Conson çimərlikdə görüntüləndi

Böyük Britaniyanın Baş naziri Boris Conson Yunanıstanın Evbeya adasındakı çimərlikdə istirahət edərkən görüntülənib.

 

Conson ailəsi ilə birlikdə Afina yaxınlığında yerləşən Evbeya adasındakı körfəzdə istirahət edib. Yerli sakinlərin sözlərinə görə, baş nazir çimərlikdə kitab oxuyurmuş.

 

“Borisin bu çimərliyi necə tapdığını bilmirəm. Hətta illərdir burada yaşayan yerli sakinlər belə, bu çimərliyi tanımırlar. Onun ailəsi və müşayiətçiləri isə orada yeganə insanlar idi. Ora gözəl yerdir, amma istidən daldalanacaq kölgə yoxdur, ona görə də baş nazir orada uşaqları ilə çox qala bilməzdi”, - deyə hadisə şahidlərindən biri bildirib.

 

O əlavə edib ki, Conson ailəsi gün batımında çimərliyə aparan torpaq yolda dayanmış iki avtomobillə oradan ayrılıb.

 

Oxu.az

Tarix: 17 Avqust 2022, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin