BURADA REKLAMINIZ OLA
BİLƏR

Quldurluq edən qardaş və ögey bacısı məhkəmə qarşısında

Şəmkirdə quldurluq etməkdə təqsirləndirilən Sənani Misirov və ögey bacısı Gülnar Həşimzadə məhkəmə qarşısına çıxarılır.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Dadaş İmanovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclası avqustun 29-na təyin edilib.

 

Qeyd: Ötən ilin noyabrında Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiklər əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşı bıçaqla ölümlə hədələyərək külli miqdarda qızıl zinət əşyalarını quldurluq yolu ilə ələ keçirən şəxslər saxlanılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, ötən ilin noyabr ayının 26-da Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Sənani Misirov ögey bacısı Gülnar Həşimzadə ilə birlikdə Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqdan onlayn yolla qızıl-zinət əşyalarını Şəmkir rayonunda yaşdıqları kirayə mənzilə çatdırılmasını sifariş verib.

 

Yaşadıqları evdə satıcıya əlindəki bıçaqla zor tətbiq edəcəyi ilə hədələyən Sənani Misirov ondan ümumi dəyəri 1 050 manat olan 11 ədəd qızıl sikkə, ümumi dəyəri 3300 manat olan qızıl üzük, 1 cüt sırğa, boyunbağı və 200 manat dəyərində mobil telefonu quldurluq yolu ilə mənimsəyərək vətəndaşa ümumilikdə 15 064 manat maddi ziyan vurub.

 

Saxlanılan şəxslər əldə etdikləri qənimətlə birlikdə hadisə yerindən uzaqlaşaraq Bakıya şəhərinə gedərək həmin əşyaları satıb nağd pula çeviriblər.

 

Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Şəmkir RPŞ-də cinayət işi açılıb.

 

Kamal Məmmədov

Tarix: 17 Avqust 2022, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin