BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kamaləddin Heydərovun da videolarını yaya bilərlər”

“Həmin videoların yayılmasında tamam başqa məqsəd var. Güman edirəm ki, bu videolarla kimlərəsə mesaj verirlər”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Bakupost.az-a Misra İctimai Birliyinin Sədri, tanınmış jurnalist Fuad Abbasov deyib.

 

Onun sözlərinə görə, burada əsas hədəf Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur: “Lazım olarsa Kəmaləddin Heydərova aid görüntüləri də tapıb ortalığa çıxarda bilərlər. Böyük bir ehtimalla onun əməkdaşının öz əli ilə çəkdiyi videogörüntüləri yaymaqla kiməsə nəsə eşitdirmək istəyirlər. Bu mesajı almış olan adamlar özlərini və işlərini düzəltməlidirlər”.

 

Jurnalist hesab edir ki, bu videolara görə Kamaləddin Heydərov vəzifəsindən kənarlaşdırılmayacaq: “Hansısa bir əməkdaşın video görüntülərinin yayımlanmasına görə Kəmaləddin Heydərovun işdən azad edilə biləcəyinə inanmıram. Onu da deyə bilərəm ki, lazımlı adamların əlində çox ciddi materiallar var. Bu, sadəcə xəbərdarlıqdır”.

 

Birlik sədri qeyd edib ki, FHN-də baş verənlər aysberqin görünən tərəfləridir: “FHN-dən yayılmış görüntülər hələ aysberqin görünən tərəfidir. Bu gün dövlət qurumları, dövlət məmurlarının vəzifə başında etik davranış qaydaları, eyni zamanda digər məsələlərlə bağlı çox ciddi işlər görülməlidir”.

Tarix: 17 Avqust 2022, 12:21   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin