BURADA REKLAMINIZ OLA
BİLƏR

Müsavat Partiyasının başqanı: “Zaqatalanın icra başçısı elə davranır, sanki problemlərin ona heç bir aidiyyatı yoxdur”

“Bir neçə gündür ki, Zaqataladayam. Bir zamanlar çiçəklənən, inkişafına görə nümunə olan bu rayon indi problemlər içində boğulur. Ərazisindən çoxsaylı çaylar axsa da, dağları içməli su ehtiyatı ilə zəngin olsa da, əhali su qıtlığından əziyyət çəkir. 1990-cı illərin əvvəllərində çəkdirdiyimiz su kəmərləri köhnəlib, filtrlər sıradan çıxıb, artezianlar quruyub. Sonrakı illər ərzində təmir işlərinə yetərli vasait ayrılmayıb, ayrılan pullar da yeyilib. İndi 30 mindən çox əhalisi olan Zaqatala şəhərinin əksər hissələrində, 15 minə yaxın əhalisi olan Yuxarı və Aşağı Tala kəndlərində isə, ümumiyyətlə, içməli su yoxdur”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Müsavat Partiyasının sədri Arif Hacılı deyib.

 

O bildirib ki, Zaqatalada suvarma suları çox yerdə betona salınıb: “Yerli əhalinin ləhcəsi ilə desək, yalnız “hampalar”ın sahələrinə axır. Əhali içməli suyu da, suvarma sularını da pulla almağa məcburdur. Zaqatala, ümumiyyətlə, baxımsız vəziyyətdədir. Ölkənin əksər ərazilərinə yeni yollar çəkilsə də, Şəkidən Zaqatalayadək olan, ötən əsrin 60-cı illərində çəkilmiş 80 kilometrlik yol yenilənməyib. Nəinki, yenilənməyib, heç təmir də olunmayıb. Rayonun minlərlə əhalisi olan Faldar, Qandax, Kəpənəkçi, Muğanlı, Dağlı, Talabinələr və başqa kəndləri qazlaşdırılmayıb. Dağların meşə örtüyü vəhşicəsinə qırıldığından bir gün yağış yağsa, çayların suları həftələrlə durulmur. Taxılın biçilməsi üçün yetərli kombaynlar olmadığına görə taxıllar sahələrdə qalıb çürüyür və sairə, və sairə... Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə elə davranır, sanki bu problemlərin ona heç bir aidiyyatı yoxdur. Onu rayonun problemləri yox, gəlirləri, sərvətləri maraqlandırır…”

 

Aytəkin Qardaşova

Tarix: 17 Avqust 2022, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin