BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp Ziya Məmmədovu məhkəməyə verir – QALMAQALIN ŞOK SƏBƏBİ

ABŞ-ın əmlak inşaatı sahəsində dünya liderlərindən sayılan “The Trump Organization” şirkətinin vitse-prezidenti, ABŞ-nın eks prezidenti Donald Trampın qızı İvanka Tramp keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus olan “Qarant Holdinq” şirkətini Beynəlxalq Arbitraj məhkəməsinə verir.

 

Buna səbəb Donald Trampın adını daşıyan "Trump International Hotel & Tower Baku" adlı binanın tiikntisinin başa çatmasına baxmayaraq, hələ də açılışın baş tutmamasıdır.

 

İvanka Trampın fikrincə bu, onun rəhbərlik etdiyi şirkətin işgüzar nüfuzuna böyük zərbədir.

 

Məlumata görə,  33 mərtəbəli, 130 metr hündürlüyü olan bu bina 2015-ci ildə inşa edilsə də, indiyə qədər istifadəyə verilməyib. Boş bina indi sadəcə  mühafizə olunur.

 

“Trump otel”in 189 otağından ən kiçiyinin sahəsi 60 kvadrat metr təşkil edir. Hər bir nömrənin divarı təbii daş və palıd şponlar ilə işlənib. Otelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir.

 

Ivanka Trump appears before Capitol insurrection House panel : NPR

 

Ümumilikdə, “Trump Baku” müxtəlif növ görüş və tədbirlər üçün 2800 kvadrat metr sahə təqdim edə bilir.

 

Sfera.az

Tarix: 17 Avqust 2022, 16:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin