BURADA REKLAMINIZ OLA
BİLƏR

"Maddi vəziyyəti aşağı və fiziki qüsurlu insanlar uşaq sahibi olmamalıdır"

"Bəlkə də bu sözlərimə görə çoxları məni qınayacaq, amma yenə də öz səmimi fikirlərimi yazacam. Mənə görə maddi vəziyyəti aşağı olan insanlar çox uşaq sahibi olmamalıdır, fiziki və psixoloji problemləri olanlar isə ümumiyyətlə övlad sahibi, ailə sahibi olmamalıdır”.

 

Bu sözləri aktrisa Cəmilə Tağızadə bildirib. O, fiziki qüsurlu şəxslərin uşaq dünyaya gətiməsinin düzgün olmadığını vurğulayıb:

 

"Belə olan ailədə dünyaya gələn uşaqlar sözun əsil mənasında “itin zülmündə” böyüyür, bu həyatda heç nə görmür: nə normal yemək, nə geyim, nə təhsil, nə də tətil nədir bilirlər. Hər kəs ailə və övlad sahibi olacaq deyə bir şey yoxdur.

 

Fiziki qüsurlu insanları evləndirib fiziki qüsurlu uşaqları dünyaya gətirmək nəyin məntiqidir? Yazıq deyil, o uşaqlar?! Həmçinin də ailə məsuliyyəti olmayanlar da ailə sahibi olmamalıdır. Ailə və uşaq fədakarlıq istəyir. Fədakar olmayacaqsınızsa, özünüzə və ailə üzvlərinizə zülm etməyin. Gedin, yeyib-için, gəzin həyatınızı yaşayın".

 

Qeyd edək ki, Cəmilə Tağızadə Türkiyə vətəndaşı Murad Temizlə ailə həyatı qurub. Cütlüyün bir oğul övladı var.

 

Axsam.az

Tarix: 17 Avqust 2022, 17:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin