BURADA REKLAMINIZ OLA
BİLƏR

Nadir Şəfiyevin AzTV-nin əməkdaşını şantaj edən oğlu ilə bağlı QƏRAR

Ali Məhkəmədə Azərbaycan Dövlət Televiziyasının (AzTV) xanım jurnalistini intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən “CBC sport” kanalının sabiq operatoru Yusif Şəfiyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Səfiyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü dəyişməyib. Daha sonra Yusif Səfiyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Cinayət işi materiallarında qeyd olunub ki, Yusif Şəfiyev AzTV-nin xanım əməkdaşı Aynurla (ad şərtidir) qeyri rəsmi ər-arvad münasibətində yaşayıb. Onlar ayrılandan sonra isə kişi qadına məxsus olan “Mitsubishi Eclipse” markalı avtomobili şantaj edərək ondan istəyib. O, qadının barəsində rüsvayedici məlumatları sosial şəbəkələrdə və mətbuatda yayacağı ilə hədələyib. Təqsirləndirilən şəxs bu taktika ilə ondan müxtəlif vaxtlarda ümumilikdə 6726 manat pul alıb.

 

Aynurun şikayəti əsasında Yusif Şəfiyev həbs edilib.

 

Məhkəmədə ifadə verən Yusif Şəfiyev özünü təqsirli bilməyib. O, məhkəmədə deyib ki, 2015-ci ilin oktyabr ayında “CBC Sport” telekanalında operator işləyərkən Aynurla tanış olub. Təqsirləndirilən şəxs həmçinin söyləyib ki, heç zaman Aynurdan pul tələb etməyib.

 

Xatırlatma: Yusif Şəfiyev ARB 24 telekanalının sabiq rəhbəri Nadir Şəfiyevin oğludur. Nadir Şəfiyev AzTV, İTV, Türkel TV və ARB 24 televiziyalarında müxtəlif vəzifələr tutub. 2018-ci ilin sentyabr ayında ARB 24 telekanalının rəhbəri vəzifəsindən çıxarılıb.

 

Daha sonra İsmayıllı rayon Basqal bələdiyyəsinin sədri işləyən Nadir Şəfiyev bu hadisədən sonra ərizə yazaraq vəzifəsinin icrasını dayandırıb.

 

Kamal Məmmədov

Tarix: 17 Avqust 2022, 18:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin