BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda müəllimini döyən şəxs azadlığa buraxıldı - ÖZƏL

Xətai Rayon Məhkəməsinə məktəbdə müəllimi döyməkdə təqsirləndirilən Fərid Əfəndizadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci (Şərti) maddəsinə əsasən, 1 il 6 ay sınaq müddəti ilə şərti olaraq tətbiq olunub.
 

Fərid Əfəndizadə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə iclas zalından azad olunub.
 

Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib.


Qeyd: Rəsmi məlumata əsasən, yanvarın 24-də sosial şəbəkələrdə məktəb müəllimi F.Hüseynovun bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib. Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan araşdırmalar nəticəsində bu əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.


Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib.


Kamal Məmmədov 



 

Tarix: 18 Avqust 2022, 07:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin