BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlik Cavanşir Paşazadəyə cavab verdi: Belə hallar bütün dövlətlərin sərhədyanı bölgələrində mövcuddur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Deputat Nazirliyə səsləndi: “Cənub rayonlarına çatan kimi Azərbaycan radio dalğaları itir, İran daxil olur” başlıqlı yazıya münasibət bildirib.

 

 

Pravda.az-a daxil olan məlumatda deyilir:

 

“Digər tezlik zolaqları kimi, televiziya və FM radio diapazonu da tərəfimizdən daimi olaraq nəzarətdə saxlanılır. Televiziya və FM radio yayımları Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) qeydiyyata düşmüş texniki parametrlər əsasında hər bir ölkə ərazisində müvafiq yayım ötürücüləri ilə yayımlana və relyefdən asılı olaraq qonşu ölkələrin müəyyən ərazilərində qəbul edilə bilər. Belə hallar bütün dövlətlərin sərhədyanı bölgələrində mövcuddur. O cümlədən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən televiziya və FM radio proqramlarının yayımları da qonşu ölkələrin ərazilərində normal qəbul edilir. Bu kimi hallar BTİ-nin tövsiyəsinə əsasən tənzimlənir, sərhədyanı ölkələrlə koordinasiya protokolları imzalanır və yeni texnologiyaların tətbiq edilməsi üzrə işlər aparılır. Kənar yayımların Azərbaycan ərazisinə nüfuz dairəsinin minimuma endirilməsi və yerli yayımlara maneə təsiri yaratmaması istiqamətində bütün qonşu dövlətlərin rabitə administrasiyaları ilə müvafiq işlər aparılır. 18 – 23 iyul 2022-ci il tarixində Gürcüstan tərəfinin müvafiq qurumu ilə iki ölkə sərhədlərində aparılmış radio monitorinq işlərinin nəticələri müzakirə edilib və radio-TV kanalların koordinasiyası üzrə Gəncə şəhərində görüş keçirilib. Eyni zamanda qeyd olunan məsələlərin müzakirəsi üçün cari ilin sentyabr ayında İran İslam Respublikasının rabitə administrasiyası ilə görüşün keçirilməsi planlaşdırılır. Digər qonşu ölkələrlə də anoloji proses həyata keçirilir”.

 

Kənan

Tarix: 18 Avqust 2022, 08:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin