BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıxanov bələdiyyəsi Dövlət Xidmətini məhkəməyə verdi

Sabunçu rayonunun Bakıxanov bələdiyyəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlı məhkəməyə müraciət edib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə bələdiyyə Bakı İnzibati Məhkəməsinə üz tutub.


Belə ki, Bakıxanov bələdiyyəsi torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.


İddia hakim Rüstəm Kərimlinin sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov 

Tarix: 18 Avqust 2022, 07:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin