BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubada bağında sərxoş kişinin meyiti tapıldı

Quba rayonunda 37 yaşlı kişinin meyiti aşkarlanıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 16-da rayonun Dəvədabanı Massivində qeydə alınıb.

 

Belə ki, rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Əhməd Cəfər oğlu son 3 gün ərzində mütəmadi olaraq spirtli içki qəbul edib. O, avqustun 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Daha sonra ailə üzvləri Əhməd Əhmədovu axtarmağa başlayıb. Avqustun 17-i saat 16 radələrində onun meyiti yaşadığı evin bağ sahəsində aşkar edilib.

 

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Kamal Məmmədov

Tarix: 18 Avqust 2022, 10:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin