BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bələdiyyə məhkəməyə verildi

"Binəqədi Oyl Kompani" şirkətinin Azərbaycandakı filiaı Binəqədi rayonunun Binəqədi qəsəbə bələdiyyəsi ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Bakı İnzibati Məhkəməsinə üz tutub.

 

Belə ki, "Binəqədi Oyl Kompani" torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Miminat Hacıbəyova sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

 

Tarix: 18 Avqust 2022, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin