BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ"ın oyununa biletləri baha qiymətə satmağa çalışan 22 nəfər barəsində tədbir görülüb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən daha 22 nəfər barəsində tədbirlər görülüb.

 

Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

 

Keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətdən satmağa çalışan şəxslərdən müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən 150 bilet aşkarlanaraq aidiyyat üzrə təhvil verilib.

 

Həmin şəxslərin hər biri barəsində inzibati qanunvericiliyə uyğun olaraq, protokol tərtib olunub.

 

Qeyd edək ki, dünən Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və "Viktoriya" (Plzen) klubları qarşılaşıb.

Tarix: 18 Avqust 2022, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin