BURADA REKLAMINIZ OLA
BİLƏR

“Whatsapp”dan silinmiş mesajlarla bağlı yeni funksiya

Məşhur mesajlaşma proqramı "WhatsApp”a yeni faydalı funksiya gəlir. Söhbət silinmiş mesajları bərpa etməyə imkan verəcək "Ləğv et” düyməsindən gedir.

 

Pravda.az "oxu.az"a istinadən xəbər verir ki, mesajı silən zaman messencer istifadəçinin hərəkətini qeyd edəcək və ona ismarışı geri qaytarmaq şansı verəcək. Bunun üçün ekranın aşağı hissəsində silinməni ləğv etməyi təklif edən xüsusi lövhə görünəcək, bir neçə saniyə sonra isə yox olacaq.

 

Lövhə itəndən sonra bərpa artıq mümkün deyil.

 

Funksiya artıq seçilmiş beta testerlər üçün əlçatandır, onun messencerin ictimai versiyasında görünmə tarixi hələ məlum deyil.

 

Tarix: 18 Avqust 2022, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin