BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət başçısı CAR-ın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNDİ

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib.

 

Pravda.az xəbər verir ki, səfir Dipuo Berta Letsatsi-Duba etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

 

Dövlətimizin başçısı səfirlə söhbət edib.

 

Ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, ticarət, investisiya sahələrində əməkdaşlığın fəallaşdırılmasının zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, vurğuladı ki, siyasi sahədə təmasların çox yaxşı səviyyədə olmasına baxmayaraq, iqtisadi-ticari göstəricilər aşağı həddədir. Dövlətimizin başçısı bu baxımdan iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan istifadə ediləcəyinə ümidvar olduğunu bildirib.

 

Azərbaycanın Afrika qitəsi ölkələri ilə münasibətlərinin daha da genişləndirildiyini deyən Prezident İlham Əliyev Qoşulmama Hərəkatında əməkdaşlığımızı vurğuladı. Ölkəmizin bu təşkilat çərçivəsində həmrəyliyin gücləndirilməsi istiqamətində çox ciddi səylər göstərdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycanda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının və Qoşulmama Hərəkatı Gənclər Sammitinin keçirilməsini bunun yaxşı nümunəsi kimi dəyərləndirdi.

 

Xanım Dipuo Berta Letsatsi-Duba ölkəsinin Azərbaycana regionda və ümumilikdə strateji tərəfdaş kimi münasibət göstərdiyini qeyd edərək, Cənubi Afrika Respublikasının əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılmasında maraqlı olduğunu vurğuladı. Səfir münasibətlərimizin daha da genişlənəcəyinə ümidvar olduğunu ifadə etdi.

 

Söhbət zamanı turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, iki ölkənin biznes dairələri arasında münasibətlərin yaradılmasının və iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olundu.

 

***

 

11:20

 

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Fotoları təqdim edirik
Tarix: 18 Avqust 2022, 14:45   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin