BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Məcburi enerji auditi keçiriləcək qeyri-yaşayış binalarına dair meyarlar müəyyənləşdi

Nazirlər Kabineti “Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarları” təsdiqləyib.

 

Pravda.az-ın məlumatına görə, qərarda qeyd edilir ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna əsasən, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq aşağıdakı meyarlara uyğun gələn təsərrüfat subyektləri və qeyri- yaşayış binalarında enerji auditinin keçirilməsi məcburidir:

 

- illik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektləri;

 

- tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binaları.

 

Bu Qərar 2022-ci il 1 iyul tarixindən tətbiq edilir.

Tarix: 18 Avqust 2022, 11:33   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin