BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafiq Əliyev: “Xüsusi çimərlik paltarları tikən dərzilər olmadığı üçün bəzi qadınlar dənizə çarşablı girirlər”

“İndi yaydır, insanlar dənizə gedib çimirlər. Dəniz havası müalicəvi havadır. İslam heç vaxt heç kimə dənizdə çimməyi qadağan etməyib, o cümlədən də qadınlara. Namaz qılan, müsəlman qadınlar belə xüsusi çimərlik paltarı geyinib Fransada və digər ölkələrdə çimərliklərə gedirlər. Onların xüsusi çimərlik paltarları tikən dərziləri var. Bizdə isə onlar olmadığı üçün qadınlar dənizə çarşablı girirlər”.

 

Bunu Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev deyib.

 

R.Əliyev qeyd edib ki, namaz qılan qadınların dənizdə çimməyi heç kim tərəfindən qadağan olunmayıb: “İslamda belə qadağa yoxdur. Hər qadının özü bunu müəyyənləşdirir, çimməyə gedə bilər, ya yox. Bu, onun özünün verdiyi qərar olmalıdır. Əri varsa, ailəlidirsə, bu zaman, yəqin, ikisi buna qərar verir. Novxanı tərəfdə qalırdım və o zaman çox görürdüm ki, ailələr, qadınlar gəlirlər, bəziləri çimərlik paltarı ilə, bəziləri isə əyinlərində olan paltarla çimirdilər”.

 

Leyla Yusubova

Tarix: 18 Avqust 2022, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin