BURADA REKLAMINIZ OLA
BİLƏR

“Siyasi partiyalar haqqında” yeni hazırlanan qanunda məhdudiyyətlər olacaq? – Deputat AÇIQLADI

“Siyasi partiyalar haqqında” yeni hazırlanan qanunda bəzi məhdudiyyətlərin olacağı iddia edilir. Nəzərdə tutulan məhdudiyyətlərin demokratik prinsiplərə zidd olduğu vurğulanır.

 

Milli Məclisin deputatı Razi Nurullayev Pravda.az-a açıqlamasında səsləndirilən iddialara münasibət bildirib: “Ölkələrdə hər bir fəaliyyət qanunla tənzimlənir, Konstitusiyaya, hüquqi aktlara uyğunlaşdırılır. Fəaliyyət qanunda olan müddəa, Konstitusiya, digər normativ aktlarla qeyri-mütənasiblik təşkil edirsə, təbbi ki, qəbul edilə bilməz. Hazırda “Siyasi partiyalar haqqında” qanunun müzakirəsi gedir. Bununla bağlı, yəqin ki, ictimai müzakirə də olacaq. Hər kəs fikrini deyə biləcək. Siyasi partiyalar da təklif və tövsiyələrini verirlər. Bəlkə, hansısa partiya israrlı olacaq ki, bu bənd, qanun keçməlidir. Hər bir partiyanın öz baxışı var. Ümumi müzakirə keçiriləcək. Təbii ki, heç bir qanunsuz addım atılmayacaq. Qanun qəbul olunmamış, parlamentin müzakirəsinə çıxarılmamış, ictimai müzakirə keçirilməmiş kimlərinsə indidən belə bir iddia ortaya atması heç də doğru yanaşma deyil. Kim nə bilir ki, qanunda nə olacaq, hansı qərar keçəcək, hansı yox? Ona görə də bəri başdan belə iddialar irəli sürülməsini təzyiq vasitəsi kimi qiymətləndirirəm. Bəlkə də, özünə güvəni, inamı, bazası olmayan partiyalar indidən bu cür ictimai rəydə təyziq formatı formalaşdırmaq istəyirlər”.

 

Aytəkin Qardaşova

Tarix: 18 Avqust 2022, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin