BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kəmaləddin Heydərov istefa verməlidir”

“Bir neçə gündür ki, Qəbələ, Quba, Şabran və Siyəzəndə genişmiqyaslı meşə yanğınları davam edir. Dərhal Fövqəladə Hallar Nazirliyinin respublika üzrə bütün helikopterləri Yanğın bölgələrinə göndərilməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

 

“Fövqəladə Hallar Nazirliyi yanğını tamamilə kontrol altına ala bilmir. Sizlər nə işlə məşğulsunuz? Bu qurum yanğını önləmək üçün heç bir addım atmır. Günlərini kabinetdə keçirənlərdən əslində nəsə gözləmək düzgün deyil. Kəmalləddin Heydərov işini görə bilmirsə, istefanı verib getməlidir. İstefa özü də bir mədəniyyətdir...” – A.Həmidli qeyd edib.

 

Səid

Tarix: 18 Avqust 2022, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin