BURADA REKLAMINIZ OLA
BİLƏR

Akif Nağı: “Azərbaycanın ilk üçlüyünə daxil olan partiyalardan biri olmaq istəyirik, potensialımız var”

“Qarabağ Azadlıq Təşkilatının Vətən Müharibəsindən sonra qarşısına qoyduğu vəzifələr əsasən yerinə yetirildi. Biz ictimai xətlə Qarabağın işğaldan azad edilməsinə çalışırdıq, fəaliyyət göstərirdik. Bu vəzifələrin böyük hissəsi həyata keçirildi. Təşkilatın ləğv edilməsi, ya da adının dəyişdirilməsi barədə suallar ortaya çıxırdı, müzakirələr gedirdi. Qarabağ Azadlıq Təşkilatının hələ də həyata keçməmiş hədəflərinə çatmaq məqsədilə, digər məsələləri də ortaya qoymaqla müzakirələrdən sonra qərara gəldik ki, daha geniş miqyasda siyasi partiyaya çevrilək. Qarabağ Azadlıq Təşkilatı ləğv edilmir, yenidən təşkil olunaraq Azad Vətən Partiyasına çevrilir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında yeni yaradılmış Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

 

O bildirib ki, siyasi partiyaların fəaliyyət istiqamətləri, şəraiti daha genişdir: “Partiyalar cəmiyyətdə artıq rolunu oynamağa başlayır. Siyasi partiyaların Vətən Müharibəsini müdafiə etmələri bu təşkilatlar üçün əlamətdar hadisə oldu. Hamı eyni mövqedən çıxış etdi. Bu, Azərbaycanda partiyalaşma prosesinin düzgün getdiyini göstərdi. Ona görə də biz də bu prosesdə iştirak etmək qərarına gəldik. İddialarımız böyükdür. Azərbaycanın yaxın illərdə ilk üçlüyünə daxil olan partiyalardan biri olmaq istəyirik. Buna da potensialımız, imkanlarımız var”.

 

Akif Nağı Azad Vətən Partiyasının abreviaturasının bənzər adda olan partiyalardan necə fərqlənəcəyinə də aydınlıq gətirib: “Biz də bu barədə fikirləşdik. Bənzər baş hərfləri ilə Ana Vətən Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası da var. Məsələn, AVP-dən fərqli olaraq, Azərbaycan Vətənpərvərlər Partiyasının abreviaturası AzVP-dir. Biz Nizamnaməmizdə təklif olaraq yazmışıq ki, partiyamızın abreviaturası “AZAD VƏTƏN” variantında olsun. Ədliyyə Nazirliyi Nizamnaməmizi bu şəkildə qəbul etsə, abreviaturamız AZAD VƏTƏN olacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 18 Avqust 2022, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin