BURADA REKLAMINIZ OLA
BİLƏR

Niyə marketdə 50 manatlıq ərzaq alanda 59 manat ödəyirik? - Ekspert səbəbini açıqladı

Ölkə əhalisinin 80%-ə yaxını bazarlığını, ərzaq ehtiyacını şəbəkə marketlərdən təmin edir. Onlar da ƏDV ödəyicisidirlər, yəni, bu gün Əbdül dayı, 50 manatlıq ərzaq alanda marketdə 59 manat ödəyirik. Ölkə büdcəsində profisit var, Allahın bəxş etdiyi neft-qaz gəlirləri də artır, ölkənin xarici ticarətində 15 mlrd. dollarlıq müsbət saldo var, ona görə də 18% ƏDV-i 2%-ə endirin, 50 manatlıq ərzaq alanda 59 manat yox, 51 manat ödəyək, 8 manat cibimizdə qalsın, ona da gedib kommunal xərclərini ödəyək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

 

 

“Ərzaq və dərmanlar satışında ƏDV-nin 18%-dən 2%-ə endirilməsi istənilən sosial yardımdan daha effektivdir” -  ekspert əlavə edib.

 

 

 

Tarix: 18 Avqust 2022, 15:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin