BURADA REKLAMINIZ OLA
BİLƏR

"Piyadalar üçün cərimələrin artırılması çıxış yolu deyil" - Ekspert

“Piyadalar üçün cərimələrin artırılması tam olaraq vəziyyətdən çıxış yolu deyil. Amma bəzi vəziyyətlərdə piyadalara qarşı sanksiyaların fərqli olması ilə razıyam. Məsələn, piyadanın səhvi ucbatından yol nəqliyyat hadisəsi baş verirsə, bununla bağlı qanunvericilikdə piyadanın məsuliyyətini müəyyənləşdirmək lazımdır. Piyada dəymiş ziyanı necə ödəməlidir, piyadını kim və necə müəyyənləşdirməlidir... Digər tərəfədən, onsuz da qanunda piyadaların 20 və 40 manat məbləğində cərimələnməsi nəzərdə tutulur. Belə ki, piyada sürət həddi 80 km/saatdan çox olan yolda qaydanı pozursa o, 40 manat məbləğində, digər hallarda isə 20 manat məbləğində cərimə olunur. Piyada işıqforun qırmızı işığına əməl etmədən keçiddən istifadə etdiyinə, keçid olan yerdə digər yerlərdən keçdiyinə, təcili yardım, opertaiv nəqliyyat vasitəsinin, eyni zamanda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna qəflətən çıxdığına görə məsuliyyət daşıyır. Yəni bununla bağlı dörd cür məsuliyyət növü var. Beşinci hal isə yeni müəyyənləşib. Bu da sürət həddi yüksək olan yollarda piyada keçidindən istifadə etməyən piyadaların 40 manat məbləğində cərimə olunmasıdır. Bu cərimə hamıya tətbiq olunurmu? Burada kimsə məsuliyyətdən kənar qalırmı? Bu sualların cavabı isə açıq qalır.”

 

Bunu Pravda.az-a açıqlamasında nəqliyyat üzər ekspert Elməddin Muradlı deyib.

 

E.Muradlı bildirib ki, piyadalara nəzarət elə də güclü deyil: “Əvvəlki illərə nisbətən piyadalara nəzarət mexanizmi güclü deyil. Bunu açıq şəkildə demək lazımdır. Nəzarət mexanizminin güclü olduğu dövrlərdə vəziyyət nisbətən yaxşı idi. Piyadalarla bağlı vəziyyət, piyadavurma halları, piyadavurma nəticəsində ölüm və xəsarət halları azalmışdı. Ancaq sonradan post-patrul xidmətindən ezam olunan əməkdaşların geri qaytarılması nəticəsində nəzarət mexanizmi də azadıldı. Bu gün mövcud vəziyyətdən çıxmaq üçün cəzaları sərtləşdirməyə ehtiyac yoxdur. Sadəcə, cəzaları doğru-düzgün və vaxtında tətbiq etmək və onları insanlara ödətdirmək lazımdır. Fərqi yoxdur, cərimə 20 manat olsun ya 40 manat olsun. Piyada bu cəzanı çəkdikdən sonra artıq özündə müəyyən məsuliyyət hiss edəcək. Qanunun fəlsəfəsi elə bundan ibarətdir. Kiməsə cəza verilirsə, bu onu düzgün yola qaytarmağa yönəlmiş addımdır. Cəzaların tətbiq edilməsinin özü də bir ictimai qınaq, insanı doğru yola cəlb etmək vasitəsidir. Buna görə də düşünürəm ki, cəzaları sərtləşdirməkdən əlavə, ilk növbədə hər yerdə eyni dərəcədə tətbiqi ilə bağlı mexanizmlərə nəzər salmaq lazımdır. Məsələn Xəzər rayonunda vəziyyət yaxşı ola bilər, amma Qaradağda yox. Yaxuda da Yasamalda bu sahədə hər şey qaydasındadır, ancaq Nəsimidə yox. Bu belə olmalı deyil. Nəzarət hamı üçün, hər yerdə eyni olmalıdır. Heç kim cəzasız qalmamalıdır. İnsanlar başa düşməlidir ki, onlar hardasa bir səhvə yol versələr, mütləq cərimə olunacaqlar".

 

Leyla Yusubova

Tarix: 18 Avqust 2022, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin