BURADA REKLAMINIZ OLA
BİLƏR

Polkovnik Zaur Mirzəyevi bu qədər cəza gözləyir - Hüquqşünas açıqladı

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyatın toxunulmazlığını pozma maddəsidir. Eyni zamanda 156.2.1-ci maddədə qeyd olunur ki, şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması, yəni şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədilkdikdə 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və yaxud edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrum etməklə cəzalandırılır.”

 

Bunu Pravda.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə Fövqəladə Hallar Nazirliyinin (FHN) bir neçə əməkdaşının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən  FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevi gözləyən cəza tədbirləri haqqında danışarkən deyib.

 

“İttiham olunan şəxsə qarşı irəli sürülən 242-ci maddədə pornoqrafik materiallar və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və video materiallar, şəkillər və s. əşyalar ilə qanunsuz ticarət 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və yaxud edilməməklə 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətdə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılma gözləyir. Zaur Mirzəyevə qarşı cinayətin başlanıldığı digər bir maddə olan 309-cu maddə isə vəzifə səlahiyyətlərini aşmanı özündə ehtiva edir. Vəzifəli şəxsin xidməti səlahiyyətlərin hüdudlarını açıq-aşkar kənara çıxan hərəkətlər etməsi, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə yaxud cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurarsa, o, cəzalandırılır. 309.2-ci maddədə deyilir ki, vəzifə səlahiyyətlərini aşma zor tətbiq edilmə və yaxud zor tətbiq etmə hədəsi ilə törədildikdə yaxud silah və digər xüsusi vasitələrdən istifadə edilməklə törədildikdə yaxud ağır nəticələrə səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır” - T.Abdullazadə bildirib.

 

Leyla Yusubova

Tarix: 18 Avqust 2022, 16:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin