BURADA REKLAMINIZ OLA
BİLƏR

İlkin Çərkəzoğlu narkoloji dispanserə yerləşdirildi

İlkin Çərkəzoğlu adı ilə sosial şəbəkələrdə narkotik vasitələrdən istifadəni təbliğ edən musiqili videolar yayan daha bir şəxs müəyənləşdirilib və narkoloji dispanserə yerləşdirilib.


Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, İlkin Hüseynli saxlanılaraq polis idarəsinə gətirilib. Onunla profilaktik söhbət aparılıb. İ.Hüseynli səhvini səmimi şəkildə etiraf edib və o, narkotik maddələri təbliğ etdiyi videoları könüllü olaraq sosial şəbəkələrdən silib. Eyni zamanda onun üzərinə baxış zamanı şəxsi istifadəsi üçün əldə etdiyi narkotik maddə olan marixuana da aşkarlandığından İ.Hüseynli barəsində inzibati tənbeh tədbiri görülüb.


O, məhkəmənin qərarı ilə məcburi müalicə üçün narkoloji dispanserə yerləşdirilib, araşdırmalar davam etdirilir.

Tarix: 18 Avqust 2022, 18:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin