BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan: "Zaporojye AES ətrafında davam edən döyüşlərdən narahatlığımızı bildirdik"

"Biz Zaporojye Atom Elektrik Stansiyası ətrafında davam edən döyüşlərdən narahat olduğumuzu bildirdik. Yeni Çernobıl yaşamaq istəmirik".


Pravda.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda baş tutan görüşün nəticələrinə dair mətbuat konfransı zamanı deyib.


O qeyd edib ki, ukraynalı həmkarı Zelenski ilə görüşü zamanı müharibənin Ukraynaya vurduğu ziyanı da müzakirə edib.


Ərdoğan əlavə edib ki, “Taxıl sazişi”nə əsasən, Ukrayna limanlarından təxminən 625 min ton taxıl yüklü 25 gəmi dünya bazarına çıxıb.


Türkiyə lideri İstanbulda imzalanan sazişin sülh müqaviləsinə yol aça biləcəyinin üçtərəfli görüş zamanı müzakirə olunduğunu da vurğulayıb. Onun sözlərinə görə, əsas məsələ müzakirə masasına qısa yolun bəlli edilməsidir.


APA

Tarix: 18 Avqust 2022, 20:26   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin