BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərc oyunlarından əldə olunan vəsaitlə bağlı MÜHÜM XƏBƏR

Azərbaycanda idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarında dəyişiklik edilib.

 

Pravda.az xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb.

 

Dəyişikliyə əsasən, idman mərc oyunlarının keçirilməsindən əldə olunan toplam dövriyyədən vergilər tutulduqdan sonra qalan məbləğindən bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi Gənclər və İdman Nazirliyinin müəyyən edəcəyi quruma ödəniləcək.

 

İndiyədək bu vəsait Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə ödənilirdi.

Tarix: 19 Avqust 2022, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin