BURADA REKLAMINIZ OLA
BİLƏR

Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR

Növbəti tədris ilinin başlamağına təxmini bir aydan biraz müddət qalıb. Artıq valideynləri düşündürən əsas məsələlərdən biri məktəb ləvazimatlarının qiymətləridir.

 

Pravda.az xəbər verir ki, Trend Bakının müxtəlif yerlərində yerləşən mağazalarda qiymətlərlə maraqlanıb. Məktəb ləvazimatlarının qiymətini təqdim edirik:

 

Çantalar: 15-45 manat

 

Dəftər: 40 qəpik - 1 manat

 

Sadə karandaşlar: 10-30 qəpik

 

Rəsm albomları: 1-4 manat

 

Dəftər-kitab üzlükləri: 20 qəpik

 

Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər

 

Rəngli karandaşlar: 1 - 8 manat

 

Pozan: 20-50 qəpik

 

Qələmyonan: 15 qəpik - 1 manat 20 qəpik

 

Xətkeş: 20-40 qəpik

 

Plastilin: 1-4 manat

 

Pərgar dəsti: 1 - 3,6 manat

 

Quaş: 1-4 manat

 

Fırça: 30-50 qəpik

 

Məktəbli forması: Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunur.

 

Qeyd edək ki, müxtəlif siniflər üzrə ləvazimatlarla bağlı tələblər arta bilər. Satıcılar qeyd edib ki, məktəb vaxtına kimi qiymətlərin artması gözlənilmir.

Tarix: 19 Avqust 2022, 15:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin