BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyəzəndə yanğın lokallaşdırıldı

Siyəzən rayonunun Allahyarlı kəndində baş verən yanğın artıq lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var.


Pravda.az xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.


O qeyd edib ki, Allahyarlı kəndindən başlayan yanğın isti hava və külək nəticəsində meşə ərazisinə keçib və nəticədə 2 hektar meşə fondu ərazisinə ziyan dəyib:


"Tüstülənən ərazilərin söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. 


Yanğının söndürülməsində nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı iştirak edib".

Tarix: 20 Avqust 2022, 18:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin