BURADA REKLAMINIZ OLA
BİLƏR

Güləşçimiz dünya çempionu oldu

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.


Pravda.az xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.


Məlumata görə, 67 kq-da çıxış edən Kənan Abdullazadə və 72 kq-da yer alan Qurban Qurbanov qızıl medal uğrunda mübarizə aparacaqlar.


Yarımfinalda Kənan Abdullazadə qazaxıstanlı Məhəmməd Qoşqarı 9:2, Qurban Qurbanov isə Ukrayna təmsilçisi İrfan Mirzoyevi 5:0 hesabı ilə məğlub edib.


60 kq-da Nihat Məmmədli isə yarımfinalda iranlı Səid Murad İsmailiyə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və bürünc medal üçün güləşəcək.

Tarix: 20 Avqust 2022, 21:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin