BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev medal alan idmançılarla görüşdü - FOTO

“V İslam Həmrəyliyi Oyunlarında ölkəmizə medalla qayıdan Azərbaycan Kikboksinq Federasiyasının idmançıları ilə görüşdük”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev məlumat verib.

 

“Dövlət başçısı tərəfindən idmana ayrılan yüksək diqqət və qayğı nəticəsində Azərbaycan dünyada idman ölkəsi olaraq tanınır. Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşərək, onlara gələcək fəaliyyətində uğurlar arzu etməsi, ölkə rəhbərliyinin idmançılarımıza verdiyi yüksək qiymətin, dəyərin əyani sübutdur. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında kikboksinqdən ibarət millimiz 3-ü qızıl, 5-i gümüş, 7-si bürünc olmaqla İslamiadadan 15 medalla Vətənə qayıtdılar.  Bütün idmançılarımızı qazandıqları qələbələr münasibətilə səmimi qəlbdən təbrik edir, peşəkar karyeralarında uğurlar arzu edirəm” – A.Əliyev qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 22 Avqust 2022, 17:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin