BURADA REKLAMINIZ OLA
BİLƏR

Əməkhaqqında əlavənin verilməsi kimlərə aiddir?

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə həyata keçirilir. Əməkhaqqında əlavənin verilməsi təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş şəxslərə aiddir.

 

Pravda.az-ın xəbərinə görə, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

 

Onun sözlərinə görə, təhsilverənlərin sertifikatlaşdırılması prosesində keçid​ balını​ toplamış təhsilverənlərin vəzifə maaşına 10 faiz, keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı nəticə əldə etmiş təhsilverənlərin vəzifə maaşına 35 faiz artım edilməsi nəzərdə tutulub.

 

Təhsilverənlər işə qəbul olduqdan sonra 5 il müddətində bu prosesdən azaddırlar. Bu səbəbdən həmin şəxslərə aid edilməyəcək.

Tarix: 22 Avqust 2022, 19:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin