BURADA REKLAMINIZ OLA
BİLƏR

"Anama tapşırmışam ki, qohumlarıma nömrəmi verməsin"

"Nəsil iki yerə bölünür, ana və ata tərəf. O baxımdan götürəndə ilk oğlan övladı mən idim. Babalarım dünyasını dəyişənə qədər özümü sevimli nəvə kimi hiss edirdim. Onlar dünyasını dəyişəndən sonra heç kimə lazım olmadım".

 

Bu sözləri aktyor Elcan Rəsulov “Söz baz” verilişində deyib. Sənətçi illər əvvəl qohumlarının ona yardım etməməsindən danışıb:

 

"Qohumlarım da nömrəmi bilmir. Bəzən anamdan mənim nömrəmi istəyirlər. Anama da tapşırmışam ki, heç kimə nömrəmi verməsin. O vaxta qədər ki, özüm kimçünsə darıxım və istəyim. Çünki ehtiyacım olan vaxtda yanımda heç kim olmayıb, tək çabalamışam deyə, indi mənə lazım deyillər. Allah hamısının canını sağ eləsin. Necə ki, özünə görə olub, qoy elə də qalsın. Hardasa görürəm danışırlar ki, qohumumuzdur. Bəzən hirslənib deyirəm ki, elə adam tanımıram. Arxamca da danışırlar. Amma özlərində günah axtarsınlar ki, görəsən niyə belə oldu? Vaxtında hamısına deyirdim ki, nə olar, mənə kömək edin, böyük adam olacağam".

 

Axsam.az

Tarix: 22 Avqust 2022, 20:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin