BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“6 saat dərs deyən müəllimin 150 manat maaş alması normaldır”

 

 

“Hazırda məktəblərdə 6 saat dərs deyən müəllimlərimiz var. Bu yalnız 4439 müəllimi təşkil edir. Onlar cəmi 150 manat maaş alırlar. Lakin həftədə 6 saat dərs deyən müəllimin bu qədər maaş alması normaldır”.

 

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

 

O qeyd edib ki, əksər - 100 mindən artıq müəllimin 12 saat və ondan çox dərs saatı var: “Ümumtəhsil məktəblərində ümumən 140 minə yaxın müəllim dərs deyir. 18-24 saatdan çox dərs deyən müəllimlərin ortalama əmək haqqı min manatı keçir. Biz istəyirik ki, savadlı müəllimlərimizin əməkhaqqısı daha çox olsun”.

 

Qafqazinfo

Tarix: 23 Avqust 2022, 11:33   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin