BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın hava proqnozu açıqlandı

Sabaha, avqustun 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Tarix: 23 Avqust 2022, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin