BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıdakı “borc aparatları” yığışdırıldı – EKSKLÜZİV

Bakıda “Azpul" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Azpulmat” özünəxidmət terminalları yığışdırılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, noyabrın 24-də müvafiq dövlət qurumları tərəfindən əməliyyat keçirilib, terminallara blok qoyulub.

 

Hazırda MMC-nin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir.

 

Qeyd: Şəhərin bir neçə ərazisində quraşdırılan el arasında “borc aparatı” kimi təqdim edilən aparatlardan insanlar şəxsiyyət vəsiqəsini, barmaq izini aparata daxil etməklə, 20 manat məbləğində borc pul alırdılar. Həmin borc 5 gün ərzində 21 manat şəklində, yəni faizlə qaytarılırdı. Təkrar müraciət zamanı isə 40 manat AZN götürmək mümkün idi.

Tarix: 25 Noyabr 2019, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin