BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İstəmədiyiniz şəxslər “WhatsApp”da profil fotonuzu görməyəcək

“WhatsApp”da 2 əlavə funksiya yaradılıb.

 

Pravda.az-ın məlumatına görə, yeni funksiya telefon nömrəsini qeyd etdiyiniz insanların da sizin profil fotonuzu görməməsinə imkan verir.

 

Bunu aşağıdakı qaydada işə salmaq mümkündür:

 

1. "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

 

2. Növbəti ekranda "hesab" xanasını seçin.

 

3. İndi "Məxfilik" xanasını seçin.

 

4. Daha sonra "Profil fotosu" xanasına toxunun.

 

5. “Bunlar istisna olmaqla, kontaktlarım” xanasına növbəti dəfə toxunun və profil fotonuzu görməsini istəmədiyiniz kontaktları bağlayın.

 

İkinci özəllik hansıdır?

 

Mesajları bəyənmək, reaksiya bildirmək üçün smaylikdən istifadə etmək mümkün idi. Sadəcə say limitli idi. İndi maksimum dərəcə smayliklərdən istifadə etmək olar. Bunun üçün yazının üzərinə sıxırıq “+” bölməsinə daxil oluruq istədiyimiz smayliki seçirik.

 

Trend

Tarix: 23 Avqust 2022, 15:51   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin