BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu cərimələr artırılacaq

2022-ci il ərzində brokonyerliklə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 70 qanun pozuntusu ilə bağlı 70 mindən artıq cərimə tətbiq edilib.

 

Pravda.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. O bildirib ki, cərimələrin artırılması ilə bağlı ETSN ovçuluğun tənzimlənməsi ilə bağlı 176 nömrəli qərara dəyişikliyin edilməsi üçün aidiyyəti qurumlara müraciət edib:

 

“Cərimələrin artırılması aidiyyəti qurumlarla razılıq mərhələsindədir. Növbəti ildə cərimələrlə bağlı qərara dəyişiklik olunaraq şərtlər sərtləşdiriləcək. Həm cəza tədbirlərinin artırılması, həm də cərimələrin miqdarının artırılması nəzərdə tutulub”.

Tarix: 23 Avqust 2022, 16:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin